“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunacaq.

Belə ki, saat 20:00-dan səhər açılana kimi körpü üçrəngli bayrağın işıqlarına boyanacaq.