“Bəzi sığorta növlərində sabitlik var. Ancaq biz bazarın çoxşaxəli inkişafına çalışırıq. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində bazarının artırılması hədəflənir. Bu sahədə yığımlar 40 mln. manatdan 100 mln. manata çatdırıla bilər. Bu isə bir sığorta növü üzrə 150%, ümumi sığorta bazarının isə 10% artımı deməkdir. Bazarda həmçinin kənd təsərrüfatı, icbari sığorta növlərinin artırılması üzrə aktiv danışıqlar aparılır”, – o qeyd edib. (report)