Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / “Bu il qlobal iqtisadi artım 3 faizdən aşağı olacaq” – BVF

“Bu il qlobal iqtisadi artım 3 faizdən aşağı olacaq” – BVF

Cari ildə dünya iqtisadiyyatının ümumi daxili məhsulu (ÜDM) 3 faizdən də az artacaq.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva deyib. Onun sözlərinə görə, yavaşlamaya bir neçə əsas amil, o cümlədən Ukraynada davam edən münaqişənin mənfi nəticələrinə təsir edəcək.

Ötən ilin müqayisədə dünya iqtisadiyyatı demək olar ki, yarıya qədər – 6,1%-dən 3,4%-ə qədər azalıb. Onun sözlərinə görə, bu tendensiya bu il də davam edəcək.

“2023-cü ildə qlobal iqtisadi artım 3%-dən az olacaq. Eyni zamanda, Hindistan və Çin qlobal iqtisadi artımının yarısını keçəcək”, – Georgiyeva yekunlaşdırıb.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …