Ana səhifə / İqtisadiyyat / Bu il BP-nin mənfəəti 8,2 milyard dollar təşkil edib

Bu il BP-nin mənfəəti 8,2 milyard dollar təşkil edib

2023-cü ilin yanvar-mart aylarında BP-nin xalis mənfəəti 8,218 milyard dollar təşkil edib.

Bu barədə TASS şirkətin hesabatına istinadən yazıb. Düzəliş edilmiş maddələr və əlaqədar vergilər çıxıldıqdan sonra hesablanan BP-nin əsas mənfəəti 20% azalaraq 4,96 milyard dollara düşüb.

BP-nin rüb üzrə gəliri bir il əvvəlki 51,22 milyard dollara qarşı 11% artaraq 56,95 dollara çatıb. Şirkətin sərbəst pul axını 7% azalaraq 7,62 milyard dollar təşkil edib.

Aprelin 13-də BP ABŞ-ın Meksika körfəzindəki yeni Arqos dəniz platformasında neft hasilatına başladığını elan edib. Arqos BP-nin 2008-ci ildən bəri Meksika körfəzindəki ilk yeni istehsal müəssisəsi və BP-nin Meksika körfəzindəki beşinci platformasıdır. Platformanın ümumi hasilat gücü sutkada 140 min barel neft səviyyəsində olacaq.

Həmçinin oxuyun

Mərkəzi Bank daha bir kredit təşkilatının lisenziyasını ləğv etdi

“Gold Finance” və “Viza Kredit” bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub. Bu barədə …