Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / İqtisadiyyat / Bu il Azərbaycandan hansı ölkələrə daha çox pul gedib?

Bu il Azərbaycandan hansı ölkələrə daha çox pul gedib?

2021-ci ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları və iş adamları xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb.

AzPolitika.info Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, həmin vəsaitin 107 milyon dolları Böyük Britaniyaya gedib.

Xatırladaq ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni indiki göstəricidən 376 milyon dollar daha çox olub. Ötən illə müqayisədə bu il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb. Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalarsa 30 milyon dollara yaxın artıb.

Beləliklə, 2021-ci ilin ilk üç rübü ərzində Azərbaycan vətəndaşlarının və iş adamlarının  ən çox investisiya yatırdığı 10 ölkə bunlardır:

-Birləşmiş Krallıq 107 milyon dollar, Türkiyə 82 milyon, Gürcüstan 57.6 milyon, Amerika Birləşmiş Ştatları 57.2, Malta 46 milyon, Monteneqro 21 milyon, Rusiya Federasiyası 12 milyon, Almaniya 10 milyon, İsveçrə, 9 milyon, Niderland isə 8 milyon dollar.

Həmçinin oxuyun

Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı məlumat yaydı

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 24-nə olan valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 …