Cümə , Oktyabr 18 2019
Ana səhifə / İqtisadiyyat / Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı məlum olub.

Bu müddət ərzində ölkəyə 26 min 695 avtomobil idxal edilib.

Bunlardan 246-sı sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir.

Əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik maşınları və digər motorlu nəqliyyat vasitələrinin sayı 24 min 88-dir.

İdxal edilən yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı isə 2 min 262 olub.

Qeyd olunan dövr ərzində Azərbaycana 99 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal edilib.

Həmçinin oxuyun

“Bakı Metropoliteni”nə 40 milyon manat subsidiya veriləcək

2020-ci ildə dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 40 milyon manat subsidiya ayrılacağı gözlənilir. Bu barədə …