Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bu il 1265 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Bu il 1265 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına 1265 nəfər cəlb edilib.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin şəxslərdən 284 nəfəri qadındır.

“Özünüməşğulluq proqramı üçün müraciət edənlərdən əlilliyi olan şəxslər 277 nəfər, məcburi köçkünlər 84 nəfər, ünvanlı sosial yardım alanlar 46 nəfər, şəhid ailəsi üzvləri 16 nəfərdir. Digərləri isə işsiz olan şəxslərdir. Həmin şəxslər artıq təlimlərə cəlb olunub. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …