Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Bu gün Türkiyə parlamenti spiker seçəcək: 4 namizəd var

Bu gün Türkiyə parlamenti spiker seçəcək: 4 namizəd var

Türkiyə Böyük Millət Məclisinin sədrliyi üçün namizədlərin irəli sürülməsi başa çatıb. Moderator.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, namizədlərin irəli sürülməsi prosesi noyabrın 17-də başlayıb və bu gecə yerli vaxtla saat 00.00-da (Bakı vaxtilə saat 02.00) başa çatıb.
Türkiyə parlamentinin sədrliyinə dörd namizəd var: hakim Ədalət və İnkişaf Partiyasının
İstanbul millət vəkili İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara millət vəkili Gülsün Bilgəhan, Milliyətçi Hərəkat Partiyasının (MHP) Kayseri millət vəkili Yusif Halaçoğlu, Xalqların Demokratik Partiyasının (HDP) İstanbul millət vəkili Dengir Mir Mehmet Fırat.
TBMM sədrinin seçkisi bu gün yerli vaxtla saat 15.00-da başlayacaq. Sədrin seçilməsi üçün millət vəkillərinin üçdə ikisinin (367) səsi toplanmalıdır. İlk iki turda lazım olan səs toplanmasa, mütləq çoxluğun (276) səsini qazanan namizəd spiker seçiləcək. Üçüncü turda da qalib müəyyən edilməsə, ən çox səs toplayan iki namizəd dördüncü tura keçəcək və onlardan daha çox səs toplayanı Türkiyə parlamentinin sədri olacaq.
İsmayıl Qəhrəman (AKP) 
 
Gülsün Bilgəhan (CHP)
Yusif Halaçoğlu (MHP)
Dengir Mir MehmetFırat (HDP)

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın