Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / “Bu günədək 4654 arıçıya pul verilib” – RƏSMİ

“Bu günədək 4654 arıçıya pul verilib” – RƏSMİ

Dünəndən etibarən arıçılara saxladıqları hər arı ailəsinə görə verilən subsidiyaların ödənilməsinə başlanılıb.

Bu barədə Azvision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctiamiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib.
Nazirlik rəsmisi deyib ki, rayonlarda arıçıların bank hesablarına pul köçürülüb və onlar artıq kartlarından vəsaiti çıxarıblar.

“İki həftə ərzində Respublika komissiyasının iclasında arıçıların sənədlərinə ayrı-ayrılıqda baxılıb, qərar qəbul olunub və Maliyyə Nazirliyinə göndərilib. Bu günə qədər 4654 arıçıya 1 138 150 manat subsidiya verilməsi barədə qərar verilib. Maliyyə Nazirliyi arıçıların hesabına pulu köçürüb və rayonlarda arıçılar artıq kartlardan pulu çəkiblər”.

V.Hüseynov qeyd edib ki, bu, prosesin bir hissəsidir. Onun sözlərinə görə, davamlı olaraq həftədə iki dəfə iclas keçirilir, sənədlərə baxılıb, qərarlar qəbul olunduqca Maliyyə Nazirliyinə göndərilir.

“Hər arı ailəsinə görə 10 manat subsidiya ödənilir. Bu günə qədər qeydiyyata alınan arı ailələrinin ümumi sayı 113 815-dir. Ümumilikdə 400 mindən çox olacağı gözlənilir. Buna görə ödəniləcək məbləğin səviyyəsi 4-5 milyon manat arası olacaq”.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …