Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bu dövlət Azərbaycanla vizanı ləğv etdi

Bu dövlət Azərbaycanla vizanı ləğv etdi

Qətər 80 ölkənin vətəndaşlarını viza almaqdan azad edib.

“ Azinforum.az ” Fins.az-a istinadən xəbər verir ki, Qətər Turizm Şurası, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi rəsmiləri paytaxt Dohada birgə mətbuat konfransı keçirib.

İclasda danışan Turizm Şurasının  sədri Həsən Əl-İbrahimi, Qətər rəhbərliyinin, 80 ölkə üçün vizanı ləğv edərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini söyləyib.

Vizadan azad olacaq ölkələrin müəyyən meyarlara görə seçildiyini dilə gətirən İbrahimi araşdırmaların davam edəcəyini və siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə olunacağını bildirib.

Vizanın ləğv edildiyi ölkələrin vətəndaşlarının Qətərə girişləri zamanı hər hansı bir pul ödəməyəcəyi bildirilib.

Siyahıda Azərbaycanın da adı var.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın