Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bu dövlət əmlaklarının özəlləşdirilməsi qadağan edilir (SİYAHI)

Bu dövlət əmlaklarının özəlləşdirilməsi qadağan edilir (SİYAHI)

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

Modern.az xəbər verir ki, qanun layihəsinin 6-cı maddəsinə (Dövlət əmlakının təsnifatı) dəyişiklik təklif edilir.
Qanunun hazırkı maddəsində Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.
Dəyişikliyə görə isə , Azərbaycan Silahlı qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakının özəlləşdirilməsi qadağan edilir.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik “Sərhəd qoşunları haqqında” qanunun 2018-ci il 12 iyun  tarixli tətbiqi ilə əlaqədardır.
Sənəd Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasında müzakirə ediləcək.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …