Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bu cihaz 1,5 milyard insanın probleminə son qoyacaq– İXTİRA

Bu cihaz 1,5 milyard insanın probleminə son qoyacaq– İXTİRA

ABŞ-ın MİT və Koliforniya Universitetinin alimləri yalnız Günəş işığından yararlanmaqla atmosferdəki nəmi şirin suya döndərə biləcək cihaz ixtira ediblər.

Moderator.az xəbər verir ki, hazırlanan cihaz dünya elmi ictimaiyyətində rezonans yaradıb. ABŞ alimlərinin kəşfi olan xüsusi qurğu rütubətliliyi 20 faiz və ondan yuxarı olan yerlərdə çalışacaq. Dünyanın ən nüfuzlu elmi jurnallarından olan “Science” jurnalı qurğunu son illərin ən böyük elmi və bəşəri faydası olacaq kəşfi adlandırıb. Məqalədə həmçinin, başda Afrika ölkələri olmaqla 1,5 milyarddan çox insanın böyük susuzluq probleminin bu cihaz vasitəsilə həll olunacağı qeyd olunub.
Qurğu sınaq müddətində hələlik 8 saata 2,8 litr şirin su hazırlaya bilir. Lakin qurğunun müəllifləri olan Omar Taqi və Evelin Vanq yaxın gələcəkdə qurğuda bəzi funksiyaları inkişaf etdirməklə tez və daha çox miqdarda şirin su hazırlayacağını bildiriblər.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın