Cümə , Fevral 3 2023
Ana səhifə / İqtisadiyyat / Bu Avropa ölkələrində “Aİ-95” Azərbaycandan ucuzdur – SİYAHI

Bu Avropa ölkələrində “Aİ-95” Azərbaycandan ucuzdur – SİYAHI

Əvvəlki aylarda olduğu kimi dekabr ayında da Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya hesab olunur. 
Yeniavaz.com məşhur “Autotraveler” portalına istinadən xəbər verir ki, dekabr ayında Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,67 avro (1,2 manat) təşkil edir.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə İslandiya hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,99 avroya (3,58 manat) satılır.
Avropa ölkələri arasında 6-cı sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 2 manata (1,11 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 5 ölkə var – Rusiya, Belarus, Türkiyə, Ermənistan və Moldova.

“Autotraveler” portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti aşağıdaki kimi olub:
Rusiya – 0,67 avro
Belarus – 0,90 avro
Türkiyə– 0,90 avro
Ermənistan – 1,07 avro
Moldova – 1,08 avro
Azərbaycan – 1,11 avro
Gürcüstan – 1,15 avro
Şimali Makedoniya – 1,23 avro
Xorvatiya – 1,28 avro
Rumıniya – 1,29 avro
Ukrayna – 1,32 avro
Malta – 1,34 avro
Bolqarıstan – 1,37 avro
Sloveniya – 1,37 avro
Polşa – 1,39 avro
Serbiya – 1,42 avro
Monteneqro – 1,43 avro
Kipr – 1,43 avro
Bosniya və Herseqovina – 1,45 avro
Lüksemburq – 1,45 avro
Litva – 1,46 avro
Avstriya – 1,47 avro
Çexiya – 1,48 avro
Andorra – 1,49 avro
Slovakiya – 1,52 avro
Albaniya – 1,53 avro
İrlandiya – 1,56 avro
İspaniya – 1,56 avro
Macarıstan – 1,58 avro
Latviya – 1,59 avro
Portuqaliya – 1,63 avro
İtaliya – 1,65 avro
Fransa – 1,67 avro
Belçika – 1,68 avro
Estoniya – 1,70 avro
İsveç – 1,71 avro
Danimarka – 1,80 avro
Almaniya – 1,80 avro
İsveçrə – 1,81 avro
Yunanıstan – 1,83 avro
Böyük Britaniya – 1,86 avro
Niderland – 1,89 avro
Finlandiya – 1,89 avro
Norveç – 1,91 avro
İslandiya – 1,99 avro

Həmçinin oxuyun

Soğan müvəqqəti olaraq gömrük rüsumundan azad edildi

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) …