Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / “BTB Bank”da böyük oğurluq: 316 min manat və 32 min dollar depozit oğurlandı

“BTB Bank”da böyük oğurluq: 316 min manat və 32 min dollar depozit oğurlandı

Müştərilərin “BTB Bank” ASC-dəki depozit otağına yerləşdirdiyi 316 min manat və 32 min ABŞ dolları nağd pulu oğurlanıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 17-si saat 18:00 radələrində paytaxtın bankın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç “BTB Bank”ın müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlayıblar.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …