Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Brüsseldə terror aktı törətmiş şəxs Türkiyədən deportasiya olunmuşdu” – ƏRDOĞAN

“Brüsseldə terror aktı törətmiş şəxs Türkiyədən deportasiya olunmuşdu” – ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion bəyanatla çıxış edib.

Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bugünkü çıxışında Türkiyənin dövlət başçısı dünən Brüsseldə terror aktı törətmiş şəxsin bir müddət əvvəl Türkiyədə saxlanılaraq gəldiyi ölkəyə deportasiya olunduğunu, lakin Belçika hüquq mühafizə orqanları tərəfindən azadlığa buraxıldığını deyib.

Virtualaz.org xatırladır ki, Ərdoğan bundan əvvəl də Avropa ölkələrinin hakimiyyət dairələrini Türkiyənin deportasiya etdiyi şəxslərlə həddindən artıq yumşaq davrandıqlarına və terrorçulara qoşulmaq ittihamı ilə gəldikləri ölkələrə geri göndərilən potensial cinayətkarları heç nə olmamış kimi azadlığa buraxmalarına görə qinamışdı.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın