Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İqtisadiyyat / Brüsseldə hava limanı və metro partladıldı: 23 ölü, 35 ağır yaralı – CANLI YAYIM, FOTOLAR, YENİLƏNİR

Brüsseldə hava limanı və metro partladıldı: 23 ölü, 35 ağır yaralı – CANLI YAYIM, FOTOLAR, YENİLƏNİR

Belçikanın paytaxtı Brüssel şəhərində iki partlayış baş verib.

Musavat.com-un Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, partlayış Brüsselin hava limanında törədilib.
Belçika rəsmiləri bu partlayışların terror aktı olduğunu bildiriblər.
İlkin məlumatlara görə, 23 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. Hava limanındakı sərnişinlər evakuasiya edilib.
Terrorda yaralananlar hava alanının yaxınlığında olan bir otelə yerləşdiriliblər. Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Belçikada hazırda ciddi şok yaşanır. Çünki iki partlayışın törədildiyi hava limanı Brüsselin ən ciddi çəkildə mühafizə edildiyi ərazidə yerləşir.
Belə ki, hava limanının yaxınlığında NATO-nun Baş Qərargahının mərkəzi ofisi və Avropa Parlamentinin binası da daxil olmaqla, bir çox önəmli dövlət idarələrinin binaları yerləşir.
İlkin ehtimallara görə, partlayışların İŞİD terror təşkilatı tərəfindən törədildiyi bildirilir.
Bu terror aktlarından sonra Brüsseldə metro da daxil olmaqla, bütün nəqliyyatın hərəkəti dayandırılıb.
Polis orqanları növbəti partlayıçların ola biləcəyini istisna etmirlər və bu səbəbdən də ölkə paytaxtını tam nəzarətə almağa çalışır.
Son məlumata görə, Brüssel metrosunun stansiyalarından birində də partlayış törədilib. Partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Bu 3-cü partlayışın törədildiyi metro stansiyasının Avropa Birliyi banasının yaxınlığında olduğu qeyd edilir.
 

 

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …

Bir cavab yazın