Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Brüssel iflic vəziyyətdə: məktəb, bağça və metro stansiyaları bağlandı, küçəyə çıxan yoxdur – VİDEO

Brüssel iflic vəziyyətdə: məktəb, bağça və metro stansiyaları bağlandı, küçəyə çıxan yoxdur – VİDEO

Belçika paytaxında baş verən dörd patlayışda 30-a yaxın adam ölüb, xeyli yaralı var. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Brüsseldə bütün məktəb, bağça və metro stansiyaları bağlanıb.

Törədilən terror aktlarının ardınca ölkədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Avropa İttifaqı Komissiyası əməkdaşlarına olduqları yerlərdə qalmaları barədə xəbərdarlıq edib. Əhaliyə evlərində və ya otellərində qalmaları tövsiyə edilib və heç bir yerə çıxmamaları bildirilib.

Bu arada Azərbaycan prezidenti İlham Əliyev Belçika krallığının baş nazirinə terror faciəsi ilə əlaqədar başsağlığı verib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın