Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Britaniyada işsizlik 42 ildə rekord aşağı səviyyəyə düşüb

Britaniyada işsizlik 42 ildə rekord aşağı səviyyəyə düşüb

Rəsmi statistikaya görə, Britaniyada işsizlik 4,4 faizə enərək 1975-ci ildən etibarən ən aşağı səviyyəyə düşüb.

İşsiz olanların sayı 57 min azalsa da, real gəlirləri daha aşağı sürətlə enməyə davam edib.

Orta həftəlik əmək haqqı əvvəlki illə müqayisədə 2,1 faiz artıb və keçən ayın 2 faiz artımından daha yüksək olub.

Lakin inflyasiya 2,6 faiz olduğuna görə, real gəlirlər 0,5 faiz azalıb, Milli Statistika Şöbəsinin məlumatında göstərilib.

İnsanların 75,1 faizinin işdlə olması ilə, ölkədə işi olanların sayı 1971-ci ildən indiyədək ən yüksək həddə çatıb, lakin bunun digər səbəbi dövlət təqaüd yaşının artırılması olub.

İlin ikincü rübündə, 32,07 milyon insanın işi olduğu göstərilir, bu isə keçən illə müqayisədə 338,000 əlavə iş yerlərinin yaradıldığını bildirir.

Capital Economics-in Britaniya üzrə iqtisadçısı Ruth Gregoy bildirib ki, işçi bazarı sıxlaşdığına görə boş qalmış iş yerlərinə işçiləri cəlb etmək üçün əmək haqları artırılıb.

Eyni vaxtda işçi bazarının sıxlaşması üzümüzə gələn rüblərdə nominal əmək haqqı artımları ilə nəticələnməlidir”, o, deyib.

Müsbət xəbərdən sonra, funtun dollar və avroya qarşı dəyəri artıb.

Buna baxmayaraq, hər işçinin məhsuldarlıq səviyyəsi enməyə davam edib və ikinci rübdə birinci rüblə müqayisədə 0,1 faiz düşüb. (BBC)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın