Çərşənbə , Mart 22 2023
Ana səhifə / İqtisadiyyat / Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Qazaxıstanda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli mətbuata açıqlamasında bildirib ki, London Astanaya Azərbaycandan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək.

Britaniyanın xarici işlər naziri Qazaxıstan neftinin Avropa bazarına daşınmasına toxunaraq vurğulayıb ki, nəzərdə tutulan ixrac marşrutu Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir və onun imkanlarını artırmaq üçün əhəmiyyətli investisiya tələb olunur.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşən C. Kleverli Moskva ilə sıx müttəfiq olan Astananın Ukrayna münaqişəsində tutduğu mövqeyi yüksək qiymətləndirib./Oxu.az

Həmçinin oxuyun

Azərbaycan nefti kəskin ucuzlaşaraq 75 dollara düşdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 …