Cümə , Avqust 23 2019
Ana səhifə / İqtisadiyyat / Britaniya brendi Dünyamin Xəlilova görə ziyana düşdüyünü elan edir

Britaniya brendi Dünyamin Xəlilova görə ziyana düşdüyünü elan edir

Britaniyanın məşhur “Harvey Nichols” brend geyim mağazaları şirkəti ötən il gəlirlərinin 30 faiz azaldığını, bu səbəbdən biznesdə “aqressiv rekonstruksiyaya” gedəcəyini elan edib.

Virtualaz.org Britaniya biznes-mediasına istinadən xəbər verir ki, şirkət gəlirlərinin kəskin azalmasının səbəblərindən biri kimi Azərbaycandakı “General Construction” şirkəti ilə bağlanmış françayzinq müqaviləsinin uğursuzluğa düçar olmasını göstərir.

“Harvey Nichols” Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin biznes ortaqları olan Xaqani Bəşirov və keçmiş deputat Dünyamin Xəlilova məxsus “Globus Plaza” ticarət mərkəzində fəaliyyətə başlasa da qısa müddətdən sonra müqaviləni pozaraq ölkəni tərk edib. Şirkət bildirir ki, “Harvey Nichols” Azərbaycanda cəmi 4 ay fəaliyyət göstərə bilib.

Britaniya brendi Azərbaycanda 2015-ci ilin martında fəaliyyətə başlamışdı və bu münasibətlə yaydığı press-relizdə bildirirdi: “Harvey Nichols” Bakıda yeni mağazasını açdığını fəxrlə elan edir və azərbaycanlı alıcılara eksklüziv moda,gözəllik və qonaqərvərlik təqdim edir”.

Lakin cəmi 4 ay keçəndən sonra 2015-ci ilin iyul ayında “Harvey Nichols” bu dəfə qısa və quru bəyanatla çıxış edərək Azərbaycandakı ortağı ilə müqaviləni dayandırdığını bildirdi. Aydın idi ki, Britaniya brendinin Azərbaycanda bu cür aldadılması Beynəlxalq Bank ətrafında gedən proseslərlə əlaqəli idi və Cahangir Hacıyevin müflis olan biznes kompanyonları “Harvey Nichols”la müqavilənin şərtlərini yerinə yetirə bilməmişdilər. Çünki həmin Dünyamin Xəlilov və Xaqani Bəşirov Bynəlxalq Banka yüz milyonlarla dollar borcludur.

 “Kredit oliqarxları”nın işi çərçivəsində Dünyamin Xəlilov bir neçə dəfə saxlanılıb və “Bandotdel”ə aparılıb. Ancaq o, nədənsə həbsdən yayına bildi, baxmayaraq ki, götürdüyü kreditlərin böyük hissəsini hələ də qaytarmayıb. Dünyamin Xəlilov həbsdən yayınsa da onun şirkətinin heç bir təsqiri olmayan aşağı rütbəli işçilərini həbs ediblər.

Məsələn, “General Construction” şirkətinin dəftərxana işçisi Ramiz Kərimovun oğlu Cəmil Kərimov mətbuata müraciət edərək bildirmişdi ki, onun atasını-şirkətdə faktiki olaraq heç bir səlahiyyət sahibi olmayan adamı Beynəlxalq Bankla “kredit qalmaqalı”na görə həbs ediblər. Bu şəxs deyirdi ki, atasının həbs olunmasında birbaşa günahkar Dünaymin Xəlilovdur.

 “Dünyamin Xəlilov atamı ”Aztorq” MMC-nin təsisçisi etmişdi. Amma atam faktiki olaraq “General Construction”da dəftərxana işçisi idi. Məni də “Aygün Inşaat”ın direktoru təyin etmişdi. Amma mən şirkətdə elektrik işləyirdim. Məni də, atamı da DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparmışdlar. Məni 15 gündən sonra buraxdılar. Atama isə 4 ay həbs verdilər. Atamdan başqa şirkətin 7 işçisi həbsdədir. Onların heç bir təqsiri yoxdur. Pullar Dünaymin Xəlilov tərəfindən götürülüb. Bu adamlar isə sadəcə girov saxlanılır. Dünyamin Xəlilov nə vaxt pulları qaytarsa, onları buraxacaqlar”-müraciətdə deyilirdi.

Xatırladaq ki, Dünyamin Xəlilovun ortağı Xaqani Bəşirov isə vaxtında ölkəni tərk edə bilib və hazırda Fransadadır.

Həmçinin oxuyun

Komitədən dövlət müəssisələrində çalışanlara güzəşt

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək …

Bir cavab yazın