Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Brent” neftinin qiyməti 111 dolları ötüb – Son 8 ildə ilk dəfə

“Brent” neftinin qiyməti 111 dolları ötüb – Son 8 ildə ilk dəfə

“Brent” neftinin qiyməti son 8 ildə ilk dəfə 111 ABŞ dollarını ötüb.

“Report” bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir.

ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 5,83% artıb.

Hazırda “Brent” markalı neftin qiyməti bir barel üçün 111,09 dollar təşkil edir.

WTI markalı xam neftin isə fyuçers müqaviləsinin dəyəri 5,8% artaraq bir barel üçün 109,28 dollar təşkil edib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …