Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / “Bravo” müştəriləri belə ALDADIR: Eyni mala görə iki dəfə ödəniş – FOTOFAKT

“Bravo” müştəriləri belə ALDADIR: Eyni mala görə iki dəfə ödəniş – FOTOFAKT

Bakı şəhərində bir neçə il öncə fəaliyyətə başlayan ən ucuz hiper marketdə ciddi qüsurlar üzə çıxıb.
Sfera.az bildirir ki, bu barədə jurnalist Mahir Məmmədli sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, “Bravo” supermarketlərində məxariz qəbzində eyni mal iki dəfə vurulur. Bununla da müştəri aldadılır, eyni mala görə iki dəfə ödəniş edir.
“Bravo Supermarket Azerbaijan malları kassaya cüt-cüt vurmağa başlayıb deyəsən. Çekləri yoxlamağı unutmayın”, deyə Mahir Məmmədli qeyd edib.
Qəbzdən hadisənin “Bravo”nun Tbilisi prospektindəki filialında baş verdiyi məlum olur.
Qeyd edək ki, Sfera.az-ın əməkdaşı məsələ ilə bağlı “Bravo” ilə əlaqə saxlayıb və onların mövqeyini öyrənməyə çalışıb. Lakin “Bravo” supermarketindən faktla bağlı hər hansı məlumat almaq mümkün olmayıb.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …