Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Bravo Market” nağdsız ödənişlər və endirim kartlarından imtina edir?

“Bravo Market” nağdsız ödənişlər və endirim kartlarından imtina edir?

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Facebook” səhifəsində “Bravo Market”də üzləşdiyi problemlə bağlı maraqlı məlumat paylaşıb. Azinforum.az həmin məlumatı təqdim edir: “Saat 19 radələrinə olan məlumat. “Bravo Market”in 20 Yanvar filialı çöküb. Güya endirim kampaniyası keçirirlər. İnsanlar axışır mağazalara ki, bir az endirimdən yararlansın, ancaq kassaya yaxınlaşanda məlum olur ki, heç bir bankın kartı vasitəsilə ödəniş qəbul etmirlər. Eləcə də marketlər şəbəkəsinin özünün əhaliyə payladığı endirim kartlarının istifadəsinin qeyri-mümkünlüyü bildirilir. Ən maraqlısı budur ki, marketdə bu barədə elan verilmir. Yalnız kassaya yaxınlaşanda kartların qəbul edilmədiyi barədə alayarımçıq məlumat verilir. Bilinmir, bu, texniki problemdir, yoxsa bundan sonra həmişə belə olacaq?”

Qeyd edək ki, bu paylaşım kifayət qədər rezonans doğursa da, “Bravo Market” rəhbərliyi məsələyə heç bir aydınlıq gətirməyib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …