Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / İqtisadiyyat / BP: Səngəçal terminalı kommersiya qazını tədarük etməyə hazırdır

BP: Səngəçal terminalı kommersiya qazını tədarük etməyə hazırdır

Səngəçal terminalı “Şahdəniz-2” çərçivəsində kommersiya təbii qazını tədarük etməyə hazırdır.

Bu barədə BP şirkəti öz “twitter” səhifəsində xəbər yayıb.

Qeyd edilir ki, terminalın genişləndirilməsi layihəsi çərçivəsində işlərin pik vaxtında 10 min nəfər çalışıb, 50 milyon nəfər-saat iş görülüb və dünya səviyyəli təhlükəsizlik tədbirləri təmin edilib.

“Təbii qaz “Şahdəniz-2” yatağının “Bravo” platformasından bir sıra sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql ediləcək. Genişləndirmə çərçivəsində mövcud terminalın istehsal gücü iki qat artacaq. Bu, əlavə 16 milyard kubmetr qazı emal və ixrac etməyə imkan verəcək. Yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilib. 2018-ci ildə “Şahdəniz-2” üzrə ilk kommersiya qazının ixracı hədəflənir”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft-qaz sənayesi üçün böyük əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub. Terminala neft və qazı texnoloji emal edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz boru kəmərinin (CQBK) kompressor stansiyası və digər qurğular daxildir. “Şahdəniz-2” çərçivəsində Səngəçal terminalında əsas genişləndirmə işləri aparılıb.

Terminalın operatoru BP şirkətidir.

Həmçinin oxuyun

Deputatın oğlu ilə bağlı yoxlama başlayır

“Maliyyə Bazarlarına Nəzarət Palatası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini araşdıracaq. İlin əvvəlindən banklarla sözügedən …