Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / Böyük Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana gələcək

Böyük Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana gələcək

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakıya səfərə gələcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, B.E.Nikolson Bakıda fevralın 15-də baş tutacaq Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da, üçüncüsü isə ötən il fevralın 23-də baş tutub.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …