Bazar ertəsi , May 27 2024
Ana səhifə / İqtisadiyyat / Borrel: “Azərbaycandan təbii qazın idxalı artırılıb”

Borrel: “Azərbaycandan təbii qazın idxalı artırılıb”

“Avropa əsl fırtına ilə üz-üzədir: enerji qiymətləri yüksəlir, iqtisadi artım yavaşlayır, qış yaxınlaşır”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya qazının idxal payının ilin əvvəlindəki 40%-dən bu gün təxminən 20%-ə qədər ümumi azalmasının öhdəsindən müəyyən dərəcədə gələ bilib:

“Bu, əsasən mayeləşdirilmiş təbii qazın (LNG) alışının artması hesabına əldə edilib, onun payı iki dəfə artaraq 19%-dən 37%-ə çatıb. Norveç, Əlcəzair və Azərbaycandan da təbii qazın idxalı artırılıb. Lakin çətin həqiqət budur ki, bu qış biz qeyri-rus mənbələrindən nə qədər əlavə qaz ala biləcəyimiz həddinə yaxınlaşırıq. Beləliklə, əsas hissə enerji qənaətinə, yəni tələbatın azalmasına düşməlidir”.

Aİ-nin xarici siyasət departamentinin rəhbəri təəssüf edir ki, 2014-cü ildən sonra Avropa tədarüklərin şaxələndirilməsi və onlarda Rusiyanın payının azaldılması, enerji səmərəliliyinə və bərpa olunan mənbələrə sərmayə qoyuluşu üzərində qurulmuş əsl Aİ enerji ittifaqı yaratmayıb.

Həmçinin oxuyun

Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il …