Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bölgələrdə otel qiymətləri niyə bahadır? (VİDEO)

Bölgələrdə otel qiymətləri niyə bahadır? (VİDEO)

Yeni il bayramı yaxınlaşır. Bayram ərəfəsində bölgələrdəki lüks otellərdə qiymətlər necə deyərlər, ceyran belindədir. Əməkdaşlarımızın araşdırması nəticəsində məlum olub ki, Azərbaycanın bölgələrindəki otellərdəki qiymətlər Türkiyə, Dubay, hətta Avropadakı tariflərdən belə yüksəkdir. Müqayisəli qiymətləri təqdim edirik.
Yeni il günü Azərbaycanın bölgələrində otellərin qiyməti 1900 manata, Türkiyədə 900, Avropa ölkələrində isə 1500 manata təklif edilir.
Hər il olduğu kimi bu il də bölgələrdə fəaliyyət göstərən otellər Yeni il ərəfəsində öz xidmətlərini çox baha qiymətə təklif edir. Quba, Qəbələ və Şamaxıda 4 ulduzlu otellərdə qiymətlər 1000, 5 ulduzlu otellərdə isə 2 min manata qədər dəyişir.
Turizm fəaliyyəti ilə məşğul olan Azadə Səfərovanın sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən otellərin çox az hissəsi gündə 3 dəfə qidalanma təklif edir. Göstərilən qiymətlərə isə yalnız səhər yeməyi daxildir. Halbuki, 900 manatdan başlayan qiymətlərlə qarşılama, yola salma və 3 dəfə qidalanma da daxil olmaqla, 5 gün ərzində yeni ili Türkiyədə keçirmək mümkündür.
Elə vətəndaşlar da bölgələrdə qiymətlərin yüksək olduğu qənaətindədirlər.
Turizmçilərin sözlərinə görə, qiymətlərin baha olmasına əsas səbəb bölgələrdə ekonom otellərin sayının az olması və hər dəfə yeni ildə ölkəyə daha çox turistin gəlməsidir. Bunun nəticəsidir ki, qiymətlərşn bahalılığına baxmayaraq, hazırda bölgələrdə əksər otellərdə yerlərin çoxu satılıb. (Xəzər TV)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …