Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / BMT TŞ Suriyaya görə toplandı, ABŞ nümayəndəsi meydan oxudu: “Daha artığını da etməyə hazırıq”

BMT TŞ Suriyaya görə toplandı, ABŞ nümayəndəsi meydan oxudu: “Daha artığını da etməyə hazırıq”

BMT Təhlükəsizlik Şurası ABŞ-ın Suriya rejiminə aid hərbi hava limanını vurması səbəbindən az əvvəl toplanıb.

Toplantıda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley ölkəsinin Suriyaya endirdiyi raket əməliyyatına haqq qazandırıb.

O, “Dünən gecə çox ölçülü bir addım atdıq. Daha artığını da etməyə hazırıq, ancaq güman edirik, buna gərək qalmaz”, – deyə, bildirib.

Nümayəndə daha sonra deyib kİ, Amerika Birləşmiş Ştatları kimyəvi silahdan istifadə edilməsinə biganə qalmayacaq: “Kimyəvi silahların yayılmasının qarşısını almaq ölkənin milli maraqlarına cavab verir”.

Nikki Haley Əsəd rejiminin 6 il ərzində 100 minlərlə insanı öldürdüyünü, milyonlarla insanı yurd-yuvasından didərgin saldığını da sözlərinə əlavə edərək, bildirib ki, Əsəd hökuməti hazırda da beynəlxalq hüququ pozmaqda davam edir. (Strateq.az)

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın