Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Bloomberg”: Ukraynadakı münaqişə neft və qazdan sürətlə imtinaya aparır

“Bloomberg”: Ukraynadakı münaqişə neft və qazdan sürətlə imtinaya aparır

Ukraynadakı münaqişə neft və qazın mərhələli şəkildə dayandırılmasını sürətləndirəcək, çünki dünya ölkələri təchizat təhlükəsizliyini yaxşılaşdırmaq və karbon emissiyalarını azaltmaq üçün öz bərpa olunan enerji mənbələrinə üstünlük verirlər. 
“Bloomberg” xəbər verir ki, bu fikir BP neft-qaz şirkətinin hesabatında yer alıb.
Şirkət 2035-ci ilə qədər qalıq yanacaqlara tələbatın əvvəlki proqnozdan daha kəskin azalacağını gözləyir. BP-nin baş iqtisadçısı Spenser Dale görə, “enerji təhlükəsizliyinə artan diqqət <…> enerji keçidini sürətləndirmək potensialına malikdir”.
BP-nin hesabatında karbon emissiyalarının azaldılması üçün üç potensial senari göstərilib. Onların hamısı bərpa olunan enerji mənbələri artdıqca neft və qaza tələbatın azalacağını, eləcə də yaxın onilliklərdə nəqliyyatın elektrikləşdirilməsini nəzərdə tutur, lakin şirkətin analitiklərinin fikrincə, bu cür dəyişikliklərin sürəti fərqli ola bilər. Eyni zamanda, bütün senarilərdə dünya OPEK-ə arxalanacaq, çünki 2050-ci ilə qədər təşkilatın neft tədarükündəki payı 45%-dən 65%-ə qədər olacaq. BP bildirib ki, kartel davamlı olacaq, çünki onun üzv ölkələri ABŞ kimi rəqiblərindən daha aşağı istehsal xərclərinə malikdir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …