Ana səhifə / İqtisadiyyat / “Bloomberg”: “Türkiyədə zəlzələlərin iqtisadiyyata vurduğu zərər 84 milyard dolları aşa bilər”

“Bloomberg”: “Türkiyədə zəlzələlərin iqtisadiyyata vurduğu zərər 84 milyard dolları aşa bilər”

Fevralın 6-da baş verən zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollardan çox ziyan vura bilər.

Bu barədə bazar günü “Bloomberg” Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən məlumat yayıb.

“Türkiyədə iki güclü zəlzələnin milli iqtisadiyyata 84 milyard dollardan çox və ya ÜDM-in təxminən 10%-i həcmində zərərə səbəb olacağı gözlənilir”, – konfederasiyadan bildirilib.

Məlumata görə, yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Bundan başqa, zəlzələlərin nəticələri ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına səbəb olacaq.

Daha 2,9 milyard dollarlıq zərər Türkiyə iqtisadiyyatına işçi qüvvəsi itkisinə görə dəyəcək.

Konfederasiyanın hesablamaları digər iqtisadçıların hesablamalarından daha yüksəkdir. Bir çox ekspertlər təbii fəlakətin yekun nəticələrini ümumiləşdirməyin hələ tez olduğu qənaətindədirlər.//Oxu.az

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …