Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bloomberg: “FED 2020-ci ildə faizi dəyişdirməyəcək”

Bloomberg: “FED 2020-ci ildə faizi dəyişdirməyəcək”

Əvvəllər faizlərin azaldılmasını gözləyən ekspertlərin əksəriyyəti fikirlərini dəyişdirib və Federal Ehtiyat Sisteminin (FED) gələn il faiz nisbətini dəyişməyərək 1,5-1,75% arasında saxlayacağını gözləyirlər.

“Report” xəbər verir ki, “Bloomberg” 29 iqtisadçı arasında apardığı sorğuya əsasən bu nəticəyə gəlib.

Məlumata görə, sorğuda iştirak edənlərin 90%-dən çoxu FED-in bu ilki faiz endirimlərinin iqtisadi artımı dəstəklədiyini və pul siyasətinin “yaxşı bir yerdə” olduğunu qeyd ediblər.

Qeyd edək ki, iqtisadçılar gələn il iqtisadiyyatda resesiya ehtimalının azaldığını vurğulayıblar. Ancaq ABŞ iqtisadiyyatı üçün gələn il ən böyük təhlükə ticarət müharibələri və qlobal iqtisadi artımın yavaşladığını bildiriblər.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …