Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Bişkekdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

Bişkekdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

Türkdilli dövlətlərin siyasətinə dəstək fondu, Qırğızıstanda yaşayan türk icmasının nümayəndəsi, Karate Şinkiokuşinkay klubu “Almaz”, Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə mərkəzi, “Xəzər” İssık Kul Azərbaycanlıları ictimai birliyi ilə birlikdə iyun ayının 1-də Bişkek şəhəri Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində və K. Bayalinov adına Respublika uşaq və gənclər kitabxanasında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya keçiriblər. Bu barədə məlumatı Azinforum.az-a  Türkdilli dövlətlərin siyasətinə dəstək fondu rəhbəri Nüsrət Məmmədov verib.
Əvvəlcə fondun Bişkekdə nəşr etdirdiyi 700 dən çox kitab həmin kitabxanalara hədiyyə edilmişdir.
Sonra hər kitabxanadan aktivliyi ilə fərqlənən 20 balaca kitabsevərə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə kitab hədiyyə edilmişdir.
Adı gedən kitabxanalara hədiyyə olunan kitablarda Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirərək və inkişaf etdirilməsi haqqında və Türkiyənin həqiqi tarixi haqqında geniş məlumatlar öz əksini tapıb.
Bundan başqa, Azərbaycan elmi, mədəniyyəti, tarixi, dövlətçilik tarixi, ədəbiyyatı ilə yanaşı Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olmasını özündə əks etdirərən kitablar da yer alır.
Kitablar Bişkek şəhəri Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Gülsayra Dandıbayevaya, K. Bayalinov adına Respublika uşaq və gənclər kitabxanasının direktoru Sultanqaziyeva Roza Kalıyevnaya fondun rəhbəri Nüsrət Məmmədov, Qırğızıstanda yaşayan türk icmasının nümayəndəsi Mürfəddin Sakimov, Karate Şinkiokuşinkay klubu “Almaz”ın nümayəndəsi Almazbek uulu Nurfaiz, Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə mərkəzinin prezidenti Cəbi Rəsulov və “Xəzər” İssık Kul Azərbaycanlıları ictimai birliyinin prezidenti Ziyəddin Hüseynov tərəfindən təqdim edilmişdir.
Hədiyyə olunmuş kitablara görə kitabxanaların rəhbərləri öz dərin minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, Fond əvvəllər də bu kitabxanalara özünün nəşr etdirdiyi minlərlə kitab hədiyyə etmişdir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın