Ana səhifə / İqtisadiyyat / Birinci xanımlar arasında “KİŞİ XANIM” da vardı – Siyasi qalmaqal

Birinci xanımlar arasında “KİŞİ XANIM” da vardı – Siyasi qalmaqal

Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO sammitində siyasi qalmaqal yaşanıb. Daha doğrusu, olayı “komediya” adlandıranlar da var.
NATO sammitinə qatılmış dövlət və hökumət başçılarının xanımları Brüsseldəki Leken Kral Sarayında birgə foto çəkdiriblər.
Fransa prezidentinin xanımı Bricitt Makron, Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan, Belçika kraliçası Matilda, NATO-nun baş katibi Yens Stoltenberqin xanımı İnqrid  Şulerud, Bolqarıstan prezidentinin qeyri-rəsmi nikahda olduğu xanımı Desislava Radeva, Belçikanın baş nazirinin qeyri-rəsmi nikahda olduğu xanımı Ameli Derbudenyen, Sloveniyanın baş nazirinin xanımı Moyça Stropnik və İslandiyanın birinci xanımı Tora Maqret Baldvinsdottirlə yanaşı, kameralar qarşısında belçikalı memar Qotye Desteney də vardı.
Homoseksual Qotye Desteney Lüksemburqun baş naziri Ksavye Bettelin “xanımı”dır. O, 2015-ci ildə K.Bettelə ərə gedib.
Birinci xanımlar daha sonra Brüsseldəki Rene Maqritt Muzeyinə yollanıblar.
Xanımların arasında Q.Desteney də vardı, çünki protokola uyğun olaraq o, Lüksemburqun baş nazirinin arvadı sayılır.(Milli.Az )
       

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın