Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bir kişinin özünü qadına çevirməsi prosesi anbaan – HEYRƏTLƏNDİRİCİ VİDEO + FOTOLAR

Bir kişinin özünü qadına çevirməsi prosesi anbaan – HEYRƏTLƏNDİRİCİ VİDEO + FOTOLAR

Gigi Gorgeous günümüzün ən məşhur Youtube simalarından biridir. Onu hamıdan fərqləndirən bir kişi olaraq girdiyi Youtube dünyasında addım-addım bir qadına çevrilməsi və bunu da davamlı olaraq Youtube-də paylaşmasıdır.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, məşhur bir ulduza çevrilən Gigi Gorgeousı Qreqori Allan Lazzarato adı ilə 1992-ci ildə Kanadada dünyaya gəlib.
İtalyan, fransız və livanlı kökləri olan bir ailənin oğlu olaraq kiçik yaşlarından etibarən üzgüçülük idmanı ilə məşğul olan Qreqori hətta bu növ üzrə Kanada çempionatı adını qazanıb.
2008-ci ildə – 16 yaşında Youtube dünyasına addım atıb. Hemoseksual bir kişi kimi makiyaj videoları çəkən, özünü belə xarakterizə edən Qreqorinin Youtube kanalı qısa müddətdə inanılmaz dərəcədə diqqət çəkir.
Getdikcə daha qadın görünüşü alan Qreqori özündə dəyişikliklərə 2013-cü ilin dekabrında başlayır.
2012-ci ildə anasını itirən və bununla həyatda böyük bir psixoloji zərbə alan Qreqori 2013-cü ildə artıq tamamilə başqa birisi olmuşdu. O tarixdən etibarən özünü hemoseksual kişi yerinə qadın kimi hiss edən Qreqori yavaş-yavaş bir qadına çevrilməyə başlayır.
Bundan sonra bir sıra əməliyyat keçirir. Bədən tüklərini daimi olaraq alan, hormon dəyişikliyi müalicəsinə girən, üz cizgilərini qadınlaşdırma, burun və sinə əməliyyatları keçirən Qreqori adını da Giselle (Gigi) Loren Lazzarato olaraq dəyişdirir. Bütün bu proseslər bir il sürür.
Artıq tamamilə bir qadın olan Gigi özünü Gigi Gorgeous – Möhtəşəm Gigi kimi təsvir etməyə başlayır.
2015-ci ildə Youtube kanalında 130 milyon izləyici və 1 milyon abunə toplayır. Məşhurluğu ona şöhrətin də qapılarını açır. Televiziya şoularında boy göstərməyə başlayan gənc ulduz, həyatında yaşadığı çətinliklərə baxmayaraq  eşq həyatı da yaşayır. O, bir müddətdir milyarder bir ailənin varislərindən Natalia Villiams ilə birlikdədir.
Neft milyonçusu və Getty Oilin banisi milyarder Jan Pol Gettynin nəvələrindən olan Natalia Villiams isə Nats Getty adını istifadə edir.
Gigi Gorgeous-un cinsi dəyişkənlik həyatını anbaan təsvir edən Youtube filminə buradan baxa bilərsiniz:

 

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın