Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Bir-birinin ardınca partlayan Rusiya təyyarələri… qəza, yoxsa terror?

Bir-birinin ardınca partlayan Rusiya təyyarələri… qəza, yoxsa terror?

Ədalət Əliyev: “Baş verən birmənalı şəkildə terror aktıdır”

 
Dünən Rusiyanın yük təyyarəsi Cənubi Sudanda qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 7 sərnişin olub. Cuba şəhərində baş vermiş qəza nəticəsində yalnız iki sərnişin, o cümlədən bir uşaq sağ qalıb. Bundan qısa müddət öncə, oktyabrın 31-də isə Rusiya aviaşirkətinə məxsus olan və Şarm-əl-Şeyx (Misir)-Sankt-Peterburq (Rusiya) reysi üzrə hərəkət edən təyyarə də qəzaya uğramışdı. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü vardı. Onların hamısı qəzada həlak olmuşdu.
Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “Airbus-A321″ təyyarəsinin ”qara qutusu”nun deşifrə edilməsi nəticəsində əldə edilən ilkin informasiyalar pilotların son ana qədər öz aralarında təyyarədəki nasazlıq barədə hər hansı müzakirə aparmadıqlarını göstərir.
Şirkətin direktoru Aleksandr Smirnov quyruq hissəsində daha əvvəl nasazlıq yaranan təyyarə üzərində Moskvada lazımi təmir işlərinin aparıldığını və təyyarənin texniki baxışdan keçdiyini bildirib. Uçuş heyətinin də təyyarə ilə bağlı hər hansı bir şikayəti olmadığını deyən Smirnov uçuşlara təsir edəcək hər hansı bir finans probleminin olmadığını da vurğulayıb.
Təyyarənin öz başına parçalanmasının mümkün olmadığın deyən Aleksandr Smirnov bunun sadəcə kənardan fiziki və ya mexaniki müdaxilə ilə mümkün ola biləcəyini qeyd edib. Şirkət direktoru həmçinin qəza zamanı uçuş heyətinin təyyarəyə nəzarəti tamamilə itirdiyini də qeyd edib.
Aviasiya üzrə Rusiya Federal Agentliyinin (Rosaviasiya) rəhbəri Aleksandr Neradko bildirib ki, aviaqəza barədə “Koqalımavia” şirkəti erkən bəyanat verib.
“Bəli, biz bilirik ki, təyyarənin qalıqlarının səpələndiyi ərazi genişdir. Bu parçalanmanın havada, daha yüksəkdə baş verdiyini göstərir. Lakin bunun səbəbləri barədə danışmaq hələlik tezdir və buna heç bir əsas yoxdur”.
Bundan bir neçə ay öncə, 14 iyul 2015-ci ildə də Rusiyanın başqa bir təyyarəsi qəzaya uğrayıb. Qəza zamanı təyyarədə olan 7 ekipaj üzvünün hamısı təyyarənin göyərtəsini tərk etməyə müvəffəq olub.
Bu hadisələrin bir-birinin ardınca baş verməsi isə istər-istəməz bunun aviaterror olması ilə bağlı ehtimalları artırır. Çünki hadisələrdə texniki nasazlıq, daxildən qaynaqlanan hər hansı problemin izləri görünmür. O halda Rusiyaya qarşı terror ehtimalları artırmı? 
 
Mövzu ilə bağlı söhbət etdiyimiz “AZAL”ın sabiq prezidenti, aviasiya mütəxəssisi Ədalət Əliyev isə hesab edir ki, son bir ayda baş vermiş iki hadisədə qəza ehtimalı azdır. Belə ki, bu təyyarələri ya partladıblar, ya da vurublar: “Yəni, onu yerdə vurublar, yoxsa təyyarənin içində partlayıcı maddə olub. Amma bu, dəqiq, birmənalıdır ki, terror aktı olub. Yerdə və ya göydə olmasını isə komissiya müəyyən edəcək”.
 
Müsahibimiz hesab edir ki,  oktyabrın 31-də baş vermiş təyyarə partlayışının siyasi səbəbləri var:“Rusiyanın Suriya ərazisində müharibə aparması, hərbi qüvvələri hərəkətə gətirməsinə Misir də o formada təxribat ediblər. Kim işin içində olub, konkret necə törədib, bunu araşdırmaq lazımdır. Bütün hallarda bunu edən hava limanında işləyən adamlardan biridir”.
Ə.Əliyev hesab edir ki, təhlükəsizlik qüvvələri bu hadisələri araşdırıb, kimin etdiyini üzə çıxarmasa bu cür hadisələr davamlı olacaq.

 

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın