Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Bir-birindən nifrət edən 22 böyük şirkət

Bir-birindən nifrət edən 22 böyük şirkət

1. Michael Jordan Nike şirkətinə Reebok-la mübarizədə kömək etmişdir.
1992-ci ildə, Reebok və Nike arasındakı düşmənçilik pik həddə çatan vaxtda, Michael Jordan Yay Olimpiya oyunları zamanı çətin vəziyyətə düşüb. Michael Jordanın Nike-ın rəsmi siması olmasına baxmayaraq, Amerikanın basketbol komandasının formasını Reebok hazırlamışdır. Reebok, 3 milyarddan çox insanın Michael Jordanın çiynində şirkətin loqosunu görəcəyini fikirləşsə də, onun bu barədə başqa fikirləri var idi. Medal almağa çıxanda o, çiyninə Amerikanın bayrağını qoyaraq Reebok-un loqosunun üstünü örtdü.

2. McDonalds Burger King-in reklamlarında çəkildiyinə görə, 5 yaşlı Sarah Michelle Gellara öz restoranlarına gəlməyi qadağan etmişdir.
80-ci illərdə gələcək Baffi, Burger Kingin reklamlarında çəkilmişdir. Bu reklamlarda Burger King öz burgerlərində McDonalds-ın burgerlərinə nisbətən 20% daha çox ətin olduğunu iddia edirdi. Buna cavab olaraq meqakorporasiya BurgerKing-i məhkəməyə verdi və eyni zamanda balaca Saraya öz restoranlarına gəlməyi qadağan etdi.

3. Melinda Gates evdə Apple texnikasını qadağan etmişdir
Uşaqları iPod istədikdə o, ancaq Microsoft istehsalı olan Zune-dən istifadə edə biləcəklərini bildirmişdir. Lakin, yəqin ki, bu qadağa artıq aradan götürülüb, çünki Microsoft artıq 4 ildir ki, Zune-ni istehsaldan çıxarıb.

4. Ford və GM artıq 100 ildən çoxdur ki, düşmənçilik edir
Fordun baş icraçı direktoru-Cim Farli biləndə ki, General Motorsun CEO-su qonşuluqda yaşayır, oğluna onun pis adam olduğunu və pis şirkətdə işlədiyini demişdir. Halloween bayramı zamanı oğlu qonşusuna baş çəkərək “Şevi uğursuzlarçündür” demişdir. Atası onunla heç etmədiyi qədər fəxr etmişdir.

5. Coca-Cola -nın idarəçiləri Pepsi sözünü hətta dillərinə belə gətirmək istəmirlər
Coca-Cola şirkətinin vise-prezidenti səhmdarlarla mübahisə edib Pepsi şirkətinə keçdikdə şirkətin işçiləri bu xəbəri o qədər təəccüblə qarşılamışlar ki, o zamanlar rəqib şirkəti ancaq “təqlidçi” və “düşmən” kimi çağırmışlar.

6. Adidas və Pumanın düşmənçiliyi şəhəri 2 hissəyə bölmüşdür
Bu şirkətləri 2 qardaş Almaniyanın Herzogenaurach şəhərində yaratmışdır. Şəhərdə demək olar ki, bütün insanların ya Puma ya da Adidas-da çalışması səbəbindən, bəzi mağaza və restoranlar yalnız “düzgün” markanın ayaqqabısını geyən insanlara xidmət edirdi. Həmçinin işçilərə rəqib şirkətin nümayəndələri ilə evlənmək də qadağan olunmuşdu.

7. Visa və Mastercard eyni proyekt üzərində işləməkdən imtina etmişlər
Firmalar birlikdə debet kartı olan “Entree”-nin üzərində işləməli idilər. Antimonopoliya qanunlarına zidd olan bu hal fiksə edilməmişdən qabaq şirkətlər birlikdə işləməkdən imtina etmişdilər. Səbəb isə üz qabığında hansının loqosunun olacağına qərar verə bilməmələri idi.

8. CVS həmişə Walgreens-ə sərf etməyən yerlərdə peydə olur
Əczaçılıq şirkəti olan CVS, həmişə Walgreens-in aptekləri ilə yanaşı aptek açması ilə məşhurdur. Onlar hətta Walgreens-in patentlənmiş texnologiyasını da istifadə etmişlər. Nəticədə Walgreens məhkəməyə müraciət etmişdir.

9. Philip Morris – R.J Reynolds-u aldadaraq bütün pullarını reklama xərcləməyə vadar etmişdir
90-cı illərin əvvəllərində Philip Morris Marlboro-nun qiymətini ciddi şəkildə aşağı salaraq, Amerikada reklam büdcəsini artıracağını bildirmişdir. Rəqiblərindən geri qalmamaq üçün, R.J Reynolds əlavə götür-qoy etmədən reklama onlarla milyon pul xərclədi. Eyni zamanda Philip Morris qənaət etdiyi 800 milyon dolları Şərqi Avropa bazarında öz yerini möhkəmlətməyə xərclədi. R.J Reynolds isə artıq bütün pulunu Amerikada xərclədiyindən Avropada Morrislə heç cür rəqabətə girə bilmədi.

10. Energizer və Duracell “dovşan”a görə mübarizə aparıblar
Şirkətin simvolu olaraq dovşanı ilk dəfə Duracell istifadə etsə də, Amerikada bu hüquqa Energizer sahibdir. Duracell Amerikadan başqa bütün ölkələrdə dovşandan simvol kimi istifadə edə bilər.

11. Dunkin’ Donuts və Starbucks caynaqlarını göstəriblər
2008-ci ildə Dunkin’ Donuts şirkəti dequstasiya keçirərək, dequstatorların çoxunun Dunkin’ Donuts -ı Starbucks-dan üstün tutduğunu iddia etmişlər. Onlar hətta üstündə “dostlar dostlarına Starbucks içməyə icazə vermir” yazısı olan köynəklər də buraxmışlar. Starbucks isə heç rəqibin adını çəkmədən daha incə bir cavab vermişdir. Onların sözlərinə görə, ucuz kofe(Dunkin’ Donuts) Latın Amerikasında kofe plantasiyalarında işçilərin istismarı nəticəsində alınır.
Mənbə: Kenquru.com

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın