Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Binəli Yıldırım: Türkiyə Qətər böhranının dialoq yolu ilə həllinə ümid edir

Binəli Yıldırım: Türkiyə Qətər böhranının dialoq yolu ilə həllinə ümid edir

Türkiyə Qətər böhranının dialoq yolu ilə həll ediləcəyinə ümid edir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı deyib.

B.Yıldırım qeyd edib ki, hazırda Türkiyə Prezidenti də bu böhranın həll üçün fəal diplomatik işə başlayıb:

“Region ölkələri arasında dialoqa ehtiyac var”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın