Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / “Binə” ticarət mərkəzi batır… – FOTOLAR

“Binə” ticarət mərkəzi batır… – FOTOLAR

Bakıdakı ən böyük ticarət mərkəzlərindən biri də “Binə” ticarət mərkəzidir. Bu ticarət mərkəzində geyim əşyalarından tutmuş kosmetikaya, cehizlik mallara qədər hər növ satış mövcuddur. Lakin sonra vaxtlar burada icarə və xidmət haqlarının bahalaşması, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi “Binə” ticarət mərkəzini ağır duruma salıb. Yüklənən sahibkarlar icarə və absurd xidmət haqlarını ödəmək üçün malların qiymətini qaldırmağa məcbur olurlar. Bu isə ən sonda vətəndaşların digər bazarlara üz tutmasına səbəb olur. Ticarətin zəif olması səbəbindən bəzi iş adamları, əsasən də xırda sahibkarlar çıxılmaz durumda qalıblar.

Ticarət mərkəzindəki vəziyyəti öyrənmək üçün musavat.com-un müxbiri oraya  baş çəkərək, satıcılarla həmsöhbət olub. Qeyd edək ki, bazarın nəbzinin daha tez tutmaq üçün insanların ən çox axın etdiyi bazar gününü seçdik. Hər zaman insan əlindən tərpənmək mümkün olmayan bazar günündə tək-tük alıcı gözə dəyirdi. Elə satıcılar da bazardakı durğunluğu gizlətmədilər: “Bu payız alverimiz çox zəifdir. Səhər erkən saatlarda gəlib mağazamızı açmışıq, ancaq cəmi iki müştərimiz oldu. Təkcə biz deyilik, bazarın bütün sıralarında vəziyyət eynidir. Havalar soyuyandan sonra xarici vətəndaşlar da yoxa çıxıb”.

Satıcılar bildirdilər ki, yay aylarında “Binə” ticarət mərkəzində alverləri yaxşı olur: “İsti aylarda, məktəbqabağı  qızğın alverimiz gedir. Qışda isə isti geyimlərə ehtiyac artdığından mövsümlə bağlı olaraq alıcılıq daha çox olur. Bu gün bazar günü olmasına baxmayaraq, durğunluqdur. Bir vaxtlar burada həftənin şənbə və bazar günləri ticarət mərkəzində müştəri əlindən tərpənmək olmurdu. Gördüyünüz kimi, az sayda alıcı gözə dəyir. Yay aylarından bəri demək olar ki, alıcılıq səviyyəsi aşağı düşüb”.

Ticarət mərkəzində alıcılığın aşağı olmasının səbəbi ilə bağlı danışan satıcılar bildirdilər ki, son illər “Binə”də icarə və xidmət haqlarının süni şəkildə artırılması, habelə alternative iri ticarət mərkəzlərinin olması onların müştəriləri itirməsinə səbəb olub. Sitat: “Hər il şəhərin mərkəzinə yaxın, insanların rahat gedib-gələ biləcəyi yerlərdə onlarla ticarət mərkəzi açılır. Belə olan halda vətəndaşlar buraya gəlmirlər. 10 il əvvəlki bazarla hazırki bazar müqayisə edilə biməz. Çox ciddi fərq yaranıb. Əvvəllər gündəlik ən azı 15 nəfər alıcımız olardı. İndi 5 nəfər alıcı olanda sevinirik”.

Sərdar adlı satıcı isə bizə bildirdi ki, icarə haqlarının bahalaşması, bu səbəbdən də malların qiymətinin qaldırılması alıcılığı azaldan əsas səbəblərdən biridir: “Biz isti geyimlərin satışı ilə məşğul oluruq. Türkiyə və Çindən topdan mal gətirik. Əvvəllər bazara ən çox Çin malı gətirilirdisə, indi xeyli azalıb. Səbəb isə Çin mallarının daha baha gətirilməsidir. Bildiyiniz kimi geyim malları ədədlə deyil, kiloqramla alınır. Biz paltarların kiloqramını əvvəl 4 dollara alırdıqsa, indi 6 dollara qalxıb. dollar da manat ifadəsində əvvəlkindən daha bahadır. Bu iki məqam toplananda qiymət xeyli artmış olur. Maya dəyəri baha olduğundan biz də üzərinə istədiyimiz qədər gəlir faizi qoya bilmirik. Son aylarda gödəkçələrin, köynəklərin, şalvarların qiymətində 3-4 manat bahalaşma var. Üstəgəl icarə haqlarının bahalıığı. Satıcılar məcburiyyət qarşısında qalıb malı baha təklif edirlər”.

Sahibkarlari narahat edən əsas məsələ mağazaların icarə haqlarının baha olmasıdır: “ İcarə haqlarının bir qədər baha olması isə bizim işimizi çətinə salır. Aylıq icarə haqları 700 manatdan başlayır. Belə olan halda gətirdiyimiz malın üstünə bir qədər çox qiymət qoyuruq. Təbii ki, bu da çıxış yolu sayılmır. Bu zaman olan müştərilərimizi də itirrik. Qazancımız olmasa belə icarə haqqında  güzəştə gedilmir. Bazar nəzarətçiləri mağazamızı dərhal bağlayır. Məcbur olub  mayamızdan ödəyirik. Növbəti aylar alverimizin yaxşı olacağına ümid edirik. Lakin yenə də eyni duruma düşürük. Borclanırıq”.

Bazarda onu da müşahidə etdik ki, kiçik ticarət obyektləri azalıb. Səbəb isə ticarət mərkəzində xırda sahibkarların getdikcə sıradan çıxmasıdır. Belə ki, xaricdən tonlarla mal idxal edən iri sahibkarlara maya dəyəri daha ucuz başa gəldiyindən alıcılara təklif etdikləri qiymətlər də daha aşağı olur. Xırda sahibkarların az maldan çox qazanc əldə etmək istəyi isə onların rəqabəti uduzmasına və sıradan çıxmasına səbəb olur.

Sahibkarlar dedilər ki, son illərdə “Binə”də çalışan sahibkarların çoxu “Sədərək” Ticarət Mərkəzinə üz tutublar. Səbəb isə “Sədərək” ticarət mərkəzində icraə halqarı, təhlükəsizlik məsələləri ilə bağlı vəziyyətin yaxşı olmasıdır. Burada sahibkarlar həmçinin, ticarət mərkəzinin rəhbərliyinin də dəstəyi ilə Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran Çexiya, Polşa kimi bir sıra xarici ölkələrin aparıcı fabrik və zavodları ilə işgüzar əlaqələr quraraq əməkdaşlıq edirlər. Nəticədə burada mallar digər ticarət mərkəzlərindən daha ucuz təklif olunur. Topdansatış bölməsi isə təkcə ölkə əhalisi üçün deyil, qonşu ölkələrin iş adamları üçün də xidmət göstərir.

Mərkəz 6 bölmədən ibarətdir, kişi, qadın və uşaq paltarlarının satıldığı “Elit” korpusu, xalça bazarı, tikinti bazarı, I ərazi, II ərazi və III ərazi. I ərazidə geyim malları,kosmetika, tekstil malları satılır. II ərazidə ticarət mərkəzinin anbarları yerləşir. III ərazi isə “şirniyyat” adlanır. Burada əsasən elektrotexnika və məişət avadanlıqları, cehizlik mallar, dəftərxana ləvazimatları, xırdavat və sair satılır.

Əhalinin böyük əksəriyyəti “Sədərək” ticarət mərkəzinə məhz geyim üçün üz tutduğundan biz də geyim malları satılan bölümlərə baş çəkdik.

Axşam saatları olmasına baxmayaraq bazarda  kifayət qədər alıcılıq vardı. Bazarın geyim əşyaları satılan böməsində olduq. Mövsümlə əlaqəli olaraq alıcılar daha çox bu bölmədə gözə dəyirlər. Bazarın ən sıx yeri ayaqqabı və qalın geyimləri satılan sırasındadır.

“Sədərək” Ticarət Mərkəzi digər ticarət mərkəzləri ilə fərqi ucuzluğu və çeşidlərinin çox olmasıdır. Bu səbəbdən istər xarici, istərsə də yerli alıcılar buranı seçirlər. Təbii ki, burada qiymət fərqi də var. Misal üçün “8-ci kilometr” bazarı və yaxud “Binə” ticarət mərkəzi ilə müqayisədə bir ayaqqabıda ən azı 3-4 manat fərq var”.

Bazardakı alıcılarla da həmsöhbət olub, onların fikirlərini öyrəndik. Yəhya adlı alıcı ticarət mərkəzindəki durumdan məmnun qaldığını bildirdi: “Hər fəsil dəyişəndə  geyim bazarlığımızı bu ticarət mərkəzindən edirik. Qiymətlər ucuz, mallar keyfiyyətlidir. Daha çox türk mallarına üstünlük verirəm. Onsuz da çin malı gətirmək satıcılara da sərf eləmir. Onun sifarişi daha baha başa gəlir”.

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …