Ana səhifə / İqtisadiyyat / Beynəlxalq Bankın Yevlax filialında özbaşınalıq – VİDEO

Beynəlxalq Bankın Yevlax filialında özbaşınalıq – VİDEO

Hadisə Beynəlxalq Bankın Yevlaxda yerləşən filialında baş verib.

Fan.Az – ın redaksiyasına müraciət edən ehtiyatda olan hərbi qulluqçu Knyaz Əliyev ev kirayəsinə görə ona ödənilən kompensasiya pulunu ala bilmədiyindən şikayətlənib.

Bank əməkdaşı Tural Nuriyev hərbi qulluqçuya hesabına köçürülən məbləğ haqda məlumat versə də, pulun sahibinə yalnız vəsaitin haradan daxil olması haqqında məlumatın onlara verilməsindən sonra təqdim ediləcəyini bildirib. Bank əməkdaşı dövlət büdcəsindən gələn bütün pulların araşdırılmalı olduğunu qeyd edib. O deyib ki, banka bu məbləğin həqiqətən də kirayə haqqı ilə bağlı hesaba köçürülməsi haqqında onlara ya bildiriş gəlməli, ya da İcra hakimiyyəti tərəfindən şifahi xəbərdalıq edilməlidir.

Beynəlxalq Bankın Yevlax filialında özbaşınalıq

Knyaz Əliyev isə 3 ildir bankın bu filialından həmin məbləği maneəsiz aldığını söyləyib.

Ehtiyatda olan zabit bildirib ki, dövlət başçısının fərmanına əsasən onun hesabına yatırılan məbləğdə artım olub. O üzdən də 3 aylıq pul bir qədər artaraq 700 manatı keçib. Ötən dəfədən qalan 99 manat da bura əlavə olunub.

Maraqlısı odur ki, bank əməkdaşı nəyə əsasən və hansı haqla vətəndaşa çatacaq vəsaitin alınmasına maneə yaradıb. 
Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …