Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Beynəlxalq Bankda yeni baş direktor təyinatı – Foto

Beynəlxalq Bankda yeni baş direktor təyinatı – Foto

“AccessBank”da kadr dəyişikliyi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bankın İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında Baş direktor vəzifəsinə təyinat alıb.

A.Süleymanlı, “AccessBank”da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə “AccessBank”da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.

A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. “Heyətin idarə edilməsi” ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının “Tədris strategiyaları və İnsan Resursları üzrə” ekspert qrupunun da sədridir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …