Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Beynəlxalq tədbirdə «Rusiya təhlükəsi» müzakirə olunub

Beynəlxalq tədbirdə «Rusiya təhlükəsi» müzakirə olunub

Nazim Bəydəmirli «Economic Forum»da bölgədə iqtisadi islahatları dəstəkləməyə çağırıb
Bu gün keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli Polşanın Krinitsa Zdruy kurort şəhərində keçirilən 26-cı «Economic Forum»da çıxış edib. Ekspertin Bizimyol.info-ya verdiyi məlumata görə “Gürcüstan Azərbaycan Avropaya açılan pəncərə” mövzusunda keçirilən panel maraqla qarşılanıb.

«Son bir neçə ildir ki, Rusiyanın Ukraynaya təcavüzünə çox ciddi təpki göstərilən platformalar təşkil olunur. Mənim çıxışım Azərbaycanın Avropaya inteqrasiya problemlərinə, aparılan islahatlara, həmçinin həssas bölgəmizdə iqtisadi layihələrin dəstəklənməsinin necə vacib olduğunu barədə olub. Təbii ki, bu kimi tədbirlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və status kvonun dəyişdirilməsinin vacib olması avropalı həmkarların və ekspertlərin, siyasətçilərin diqqətinə bir daha xatırlatmaq üçün fürsət tapdıq»-deyə N. Bəydəmirli qeyd edib.

Xəzər dənizi üzərindən enerji layihələrinin dəstəklənməsi, Xəzərin statusunun müəyyən edilməsi, Çindən Avropaya yükdaşımalar “İpək yolu” vasitəsi ilə necə dəstəklənməli, Avrasiya İttifaqı təhlükəsi və s. belə demək olar ki, geopolitik problemlər də müxtəlif ekspertlərlə yanaşı Nazim Bəydəmirlinin də çıxışı zamanı vurğulanıb

Xatırladaq ki, bu Forum Avropa Birliyi tərəfindən dəstəklənir və hər il 3000 nəfərdən yuxarı siyasətçilərin, iqtisadçıların, politoloqların həmçinin hökumət və dövlət üzvlərinin iştirakı təmin olunur.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın