Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Beşgünlük savaş: Medvedyevin təklifi niyə rədd edildi?

Beşgünlük savaş: Medvedyevin təklifi niyə rədd edildi?

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev 2008-ci ilin avqustundakı 5 günlük müharibədən sonra qondarma Cənubi Osetiya və Abxaziya liderlərinə Gürcüstanın tərkibinə daxil olmaqla bağlı konfederativ ittifaq layihəsini təqdim etmişdi.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qondarma Abxaziyanın keçmiş xarici işlər naziri Sergey Şamba söyləyib.

“Mən o zaman Sergey Baqapşa (Abxaziyanın eks-lideri) dedim ki, Cənubi Osetiya və Abxaziya arasında hansı konfederasiya ola bilər? Bizim heç ümumi sərhədlərimiz belə yoxdur. Bəndlərin sonuncusunda isə Gürcüstanın müqaviləyə qoşulacağı deyilirdi və o zaman məndə şübhə yarandı ki, bu, Fransa Prezidenti Nikola Sarkozinin xahişi ilə bura salınıb. Məqsəd isə Suxumi və Tsxinvalinin hazırlığını yoxlamaq idi. Sabahısı gün tərəflər bunu rədd etdilər”, – deyə o bildirib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın