Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Berlində 12 nəfəri öldürən, 48 nəfəri yaralayan terrorçu Polşa vətəndaşı çıxdı

Berlində 12 nəfəri öldürən, 48 nəfəri yaralayan terrorçu Polşa vətəndaşı çıxdı

Berlin polisi İnsanların üstünə sürülən yük maşınında ölü tapılan kişinin şəxsiyyətini müəyyənləşdirib.
Bu, adı açıqlanmayan Polşa vətəndaşıdır.
Onun necə və hansı şəraitdə həyatını itirdiyi dəqiqləşdirilmir. Bundan əvvəl yük maşınının Polşa nəqliyyat şirkətlərindən birinə məxsus olduğu bildirilirdi.
Qeyd edək ki, ötən axşam Berlində yük maşınının Milad yarmarkasına girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Yük maşınında olan 2 nəfərdən biri  hadisə zamanı ölüb, sürücü isə saxlanılıb.
APA

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın