Şənbə , Aprel 4 2020
Ana səhifə / İqtisadiyyat / “Benzinin qiymətinin dəyişməsini şirkətlər tənzimləmir”- SOCAR

“Benzinin qiymətinin dəyişməsini şirkətlər tənzimləmir”- SOCAR

“Benzinin qiymətinin dəyişməsi şirkətlər tərəfindən tənzimlənmir, bu hökumətin qəbul edəcəyi qərardır”

Bunu Moderator.az –a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Neftin dünya bazarında kəskin ucuzlaşması fonunda vaxtaşırı bunun cəmiyyətdə benzinin qiymətinə təsir edib etməyəcəyi məsələsi müzakirəyə səbəb olur.

Məsələyə bir daha aydınlıq gətirən İbrahim Əhmədov bildirib ki, benzinin, xüsusilə ən çox istifadə edilən 92 oktan yanacağın qiymətinin dəyişilməsi dövlət tərəfindən tənzimlənir. Bu, həm də həmin növ yanacağın xammalının xaricdən gəlməsi ilə bağlıdır: “92 oktan benzinin qiyməti dünən necə idisə, indi də elə qalır. Çünki onun xammalı da xaricdən gəlir”.

Həmçinin oxuyun

“Bu il Avrozona iqtisadiyyatı kiçiləcək” –”Fitch Ratings”

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” koronavirusun (COVID-19) təsiri ilə bu il Avrozona iqtisadiyyatının 4,2% …