Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək? — Ekspert

Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək? — Ekspert

Benzinin qiymətinin bahalaşması və gömrük rüsumunun yeni ildən artırılacağı barədə gəzən söz-söhbətlər avtomobil bazarına təsirsiz ötüşməyəcək.

İlin sonuna yaxınlaşdıqca proqnozlara görə milli valyutamız xarici valyutalara qarşı dəyər itirəcək.

Bütün bu hadisələrin avtomobil bazarına təsiri barədə “Ölkə.Az” Rəşad Quliyevin şərhini diqqətinizə çatdırır:

“İlk növbədə Aİ-95 (Premium) və Aİ-98 (Super) markalı benzinin bahalaşması yenidən dizel avtomobillərinə marağın artacağına səbəb olacaq. Nəticə etibarı ilə qara bazarda dizel mühərriki ilə işləyən avtomobillərin də süni qiymət artımı qaçılmazdır. Çünki aradakı fərq 50%i ötüb keçməkdədir. Qismən, benzinlə çalışan yeni avtomobillərin bu markalı yanacaqla işləməsi əhalinin xərclərinin artmasına və başqa, alternativ, cibə uyğun seçim etmələrinə gətirib çıxardacaq”.

R.Quliyev avtomobil bazarındakı vəziyyətə də toxunub:

“Ümumiyyətlə son aylarda avtomobil bazarında idxal və satışda müəyyən qədər artım hiss olunur. Buna səbəblərdən biri, 2018-ci il yanvar ayının 1-dən etibarən gömrük idxal rüsumunun və aksiz vergisinin müəyyən qədər qaldırılacağı haqda insanlarımız arasında yayılan xəbəridir. Belə ki, ölkədə avtomobil istehsalının olması xaricdən avtomobil idxalında rüsumun bahalaşması ilə nəticələndiyinə görə, ölkəmizin də bu yanaşmaya doğru getdiyini sezmək olar. Buna görədə Gömrük Komitəsindən rəsmi təsdiq olmasa da, rüsumların və verginin yaxın zamanlarda qaldırılacağı istisna edilmir. Aparılan araşdırmalardan görsənir ki, yeni ilə yaxınlaşdıqca rəsmi diller və qara bazarda satışlar sürətlə artır. Baxmayaraq ki, avro dollara və manata nisbətən güclənir və idxal əsasən Avropa ölkələrindən asılıdır. Bundan əlavə dekabr ayının yaxınlaşması, turistlərin, xüsusilə də ölkəmizdə yeni ili keçirmək və ov məqsədi ilə gələn ərəb turistlərin xidmətində istifadə olunan minivanların satışı və sifarişi də getdikcə artmaqdadır”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …