Ana səhifə / İqtisadiyyat / Belarus Azərbaycana kartof ixracını artırmağa hazırlaşır

Belarus Azərbaycana kartof ixracını artırmağa hazırlaşır

Belarus bu il Asiya ölkələri, eləcə də Azərbaycana bitkiçilik məhsullarının ixracını artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Belarusun kənd təsərrüfatı və qida nazirinin müavini Vladimir Qrakun deyib.

Nazir müavininin sözlərinə görə, 2017-ci ildə Belarus 380 min ton kartof idxal edib və məhsul əsasən Rusiya, Azərbaycan və Özbəkistana satılıb. Bu il isə ölkədə kartofçuluq və tərəvəzçiliyin inkişafı proqramına əsasən bu rəqəmin artırılması planlaşdırılır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …