Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / BDM türk aktyorların Ermənistana səfərinə etiraz edir

BDM türk aktyorların Ermənistana səfərinə etiraz edir

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsinin aktyorlarının erməni yazar Hagop Baronyanın “Şark Dişçisi” adlı əsəri əsasında teatr nümayişi ilə bağlı Ermənistana turneyə çıxmasına etiraz olaraq birgə bəyanat yayıb. Newscenter.az-a daxil olan bəyanatda bildiriir ki, Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsinin aktyorlarının erməni yazar Hagop Baronyanın “Şark Dişçisi” adlı əsəri əsasında teatr nümayişi ilə bağlı Ermənistana turneyə çıxması Türkiyədə olduğu kimi Azərbaycanda da hiddət və etirazla qarşılanıb. Nəzərə alsaq ki, Ermənistan Avropa Birliyinin əlində bir oyuncağa çevrilərək, illərdir Türkiyə və Azərbaycana qarşı ərazi iddiası və təzminatla çıxış edir. Sözdə “erməni soyqırımı” ilə Türkiyəni təhdid edən Ermənistan Qars, İğdır, Ərdahan, Van və bu bölgələri “tarixi Ermənistan torpağı” hesab edərək, diaspor fəaliyyəti ilə Türkiyənin bölünməsi və parçalanmasına çalışırlar. Bütün dünyaya məlumdur ki, erməni daşnakları və onların davamçıları zaman-zaman Türkiyəyə və Azərbaycana qarşı soyqırım aktları həyata keçirmiş, dinc və əliyalın əhalini acımasızcasına qətlə yetirmişlər.

ASALA ilə birlikdə PKK və PYD-nin tərkibində döyüşən və həbs olunan erməniləri misal çəkmək kifayətdir. Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə ilə Ermənistan sərhəddi bağlanmışkən Bursanın Nilufər Bələdiyyəsinin aktyorlarının teatr nümayişi üçün Ermənistana getməsi yolverilməzdir. Bu kimi tədbirlər Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirə bilər. Azərbaycanın icra strukturları, bələdiyyə orqanları və diaspor təşkilatları Türkiyə dövləti və türk xalqının ümummilli maraqlarının əleyhinə yönəlmiş heç bir layihədə iştirak etmir və etməyəcəkdir. Xatırladaq ki, bir müddət bundan öncə Tunceli Bələdiyyəsi şəhərin girişində erməni dilində “xoş gəlmişsiniz” sözləri yazmaqla Türkiyə və Azərbaycanda etirazlara səbəb olmuşdur, Türkiyənin aidiyyatı dövlət qurumları məsələyə müdaxilə etdikdən sonra həmin yazı götürülüb. Biz Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bu səfərin baş tutmasına qəti etirazımızı bildirərək, Türkiyə Səfirliyinin məlum hadisəyə münasibət bildirməsini və Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana səfər edəcək Nilufər Bələdiyyəsinin aktyorlarının adlarının arzuolunmazlar siyahısına daxil edilməsini tələb edirik.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın