Şənbə , Yanvar 16 2021
Ana səhifə / İqtisadiyyat / “Bazarstore”də qiymət maxinasiyası ifşa edildi-VİDEO

“Bazarstore”də qiymət maxinasiyası ifşa edildi-VİDEO

Koronovirus (COVID-19) pandemiyası dönəmində Azərbaycan unikal model ortaya qoyaraq dünya üçün nümunə olmağı bacardı. Belə bir həssas dönəmdə sahibkarlar, bəzi özəl qurumlar da öz fəaliyyət proqramlarında dəyişikliklər edərək, sosial sahəyə daha çox önəm verməyə başladılar.


Lakin bəzi özəl qurumlar bu siyasəti nəinki dəstəkləmədilər, hətta fürsət düşən kimi insanları aldatmağa çalışırlar.
TV7.az-a göndərilən videodan da aydın olur ki, “Bazarstore” sözün əsl mənasında həssas dönəmdən öz maraaları naminə istifadə edir. Aydın məsələdir ki, insanlar bayıra vaxtla çıxırlar, yaxın məsafə saxlamırlar və maksimum surətli şəkildə alış-veriş etməyə çalışırlar. “Bazarstore” isə bu faktoru nəzərə alıb vitrində bir, kassada başqa bir qiymət qoymaqla əslində ciddi vergi cinayətinə əl atmış olur. Sözügedən videonu təqdim edirik:



Həmçinin oxuyun

Mərkəzi Bank Prezidentin tapşırığını icra etmir və qanunsuz fəaliyyət göstərir

“Özünə 218 milyon avro qiyməti olan bina tikdirən Mərkəzi Bank artıq 1 ildən çoxdur ki, …