Çərşənbə , İyun 19 2019
Ana səhifə / İqtisadiyyat / Bazarlardakı baytarlıq laboratoriyaları yığışdırılacaq (VİDEO)

Bazarlardakı baytarlıq laboratoriyaları yığışdırılacaq (VİDEO)

Ənənəvi bazarlarda ət və süd məhsullarının satışı ilə bağlı bazar rəhbərliyi qarşısında əlavə məsuliyyətlər qoyulacaq. Buna Qida Təhlükəsizliyi Agentliyinin bazarlarda apardığı araşdırmalar nəticəsində ortaya çıxan çatışmazlıqlar səbəb olub.
Agentliyin heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirir ki, aparılan monitorinqlər göstərir ki, böyük supermarket şəbəkələri əksər hallarda ət və süd məhsullarının satışı zamanı bütün gigiyenik qaydaları gözləyirlər. Ancaq digər ənənəvi bazar rəhbərləri sadəcə sahibkarlara həmin yeri icarəyə verməklə kifayətlənir və əlavə heç bir məsuliyyət daşımırlar. Bu isə yeni qaydaların tətbiqini zəruri edir.
Qalib Əbdüləliyev bildirir ki, xüsusilə ət məhsullarının yoxlanması yeni təcrübəyə əsasən artıq satış yerində deyil, kəsim yerində və ya istehsal olunduğu yerdə həyata keçiriləcək.
Bir müddət sonra sanitar-gigiyenik tələblərə cavab verməyən ət və süd məhsulu satış yerlərinin fəaliyyəti qadağan ediləcək. Həmin yerlərin fəaliyyəti yalnız tələblərə uyğun şərait yaradıldıqdan sonra bərpa ediləcək.

Həmçinin oxuyun

Prezident maaşları bir ildə 3 dəfə qaldırdı – İnfoqrafika

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi cari ilin yanvar ayından etibarən sosial sahədə baş verən …