Bazar ertəsi , May 27 2024
Ana səhifə / İqtisadiyyat / Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır.

Satıcılar bildirirlər ki, hazırda satışda olan balıqlar ya xarici ölkələrdən, ya da təsərrüfatlardan gətirilir.

Ölkəyə balıq daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir. Bununla yanaşı, hazırda yerli təsərrüfatlarda yetişdirilən balıqların da satışı həyata keçirilir.

Satıcılar bildirirlər ki, hazırda bazarlarda Xəzər dənizindən tutulan balıq olmadığından xaricdən gətirilən dəniz balıqlarının qiymətlərində cüzi artım var.

Hazırda bazarlarda daha çox dənizdən tutulan kütüm, berj və kefalın qıtlığı yaşanır. Balıq ovu qadağası bitdikdən sonra isə bu növ balıqlar yenidən satışa çıxarılır və xaricdən gətirilənlərin qiymətləri enir.

Daha ətraflı videomaterialda:

Həmçinin oxuyun

Azərbaycanda ilk dəfə avtomobillərin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI

Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial …